ATF-nin icraçı vitse-prezidenti beynəlxalq qurumun Baş Assambleyasında iştirak edib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) icraçı vitse-prezidenti Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib.

Bu barədə "Report"a ATF-dən məlumat verilib.

Toplantı Çinin Uşi şəhərində keçirilib. Assambleyada taekvondonun gələcək inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

Həmçinin 2027-ci ildə taekvondo üzrə dünya çempionatının Qazaxıstanın paytaxtı Astanada təşkil olunacağı rəsmən elan edilib.

Digər xəbərlər

Bakı Marafonu 2026 başlayır 03 may, 2026 / 10:03