Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2021-ci ildə 11 idman növündə 19 antidopinq qayda pozuntusu aşkarlayıb.
"Report"un məlumatına görə, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
AMADA rəsmisi bildirib ki, 5 nöqsan pauerliftinqdə qeydə alınıb, 1 idmançı antidopinqdən bəraət alıb. Bundan əlavə, 50 məkan məlumatı xətası baş verib.
Ş.Hüseynli il ərzində ümumilikdə 1 588 test götürüldüyünü də diqqətə çatdırıb: "Bunların 88 faizi paytaxt Bakını əhatə edib, 1456-sı milli test proqramı, 132-si beynəlxalq sifariş əsasında gerçəkləşib. Yetkinlik yaşına çatmayan idmançılardan 384, paralimpiyaçılardan 26 test götürülüb".