ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Bakıdakı Dünya Kubokunda 5-ci yeri tutmuş idman gimnastı Aleks Diabı təbrik edib.
"Report" xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi feysbuk hesabında paylaşılıb.
Litzenberger Milli Gimnastika Arenasındakı yarışa qatılan bütün idmançılara təbriklərini çatdırıb.
Qeyd edək ki, Aleks Diabı Dünya Kubokunda ABŞ-ı təmsil edən yeganə idmançı olub.