ABŞ-nin Anti-Dopinq Agentliyi (USADA) rusiyalı MMA döyüşçüsü Movlid Xaybulayevi 1 il müddətinə diskvalifikasiya edib.
"Report" xəbər verir ki, bu barədə USADA-nın mətbuat xidməti məlumat yayıb.
İdmançı anti-dopinq qaydalarını pozduğuna görə yarışlardan kənarlaşdırılıb. Avqustda Xaybulayevdən götürülən testdə rekombinant eritropoetin aşkarlanıb.
35 yaşlı idmançının diskvalifikasiyası 2025-ci il avqustun 1-dən hesablanacaq.
Qeyd edək ki, M.Xaybulayev MMA-da keçirdiyi 22 döyüşün 21-də qələbə qazanıb. O, 2021-ci ildə "Professional Fighters League"də orta yüngül çəki dərəcəsində çempion olub.