ABŞ-ın qadınlardan ibarət hokkey yığması Qış Olimpiya Oyunlarının qalibi olub

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ-ın qadınlardan ibarət hokkey üzrə milli komandası Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında çempion olub.

“Report” xəbər verir ki, Robb Stauberin rəhbərlik etdiyi kollektiv finalda Kanada yığmasını 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bürünc medalları üçüncü yer uğrunda oyunda Rusiya millsini 3:2 hesabı ilə yenən Finlandiya millisi qazanıb.

Digər xəbərlər