ABŞ Açıq çempionatında finalçılar bilindi

ABŞ Açıq çempionatında (US Open) qadın tennisçilərin mübarizəsində finalçılar müəyyənləşib. 

"Report"un məlumatına görə, həlledici görüşdə Belarus təmsilçisi Viktoriya Azarenko yaponiyalı Naomi Osaka ilə üz-üzə gələcək. 

Azarenko yarımfinalda ABŞ tennisçisi Serena Uilyamsı mübarizədən kənarlaşdırıb. İlk setdə rəqibinə 1:6 hesabı ilə uduzan belaruslu idmançı növbəti iki setdə eyni hesabla qalib olub - 6:3.

Osaka isə ABŞ-ın digər təmsilçisi Cennifer Bredini məğlub edib. 

Qeyd edək ki, yarışın mükafat fondu 53,4 milyon ABŞ dollarıdır. Final görüşü sentyabrın 12-də gerçəkləşəcək. 

Digər xəbərlər