99 medal, 50 qızıl - İCMAL - CƏDVƏL

Bakı. 17 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları daha 18 medal qazanıblar. "Report"un məlumatına görə, medallardan 9-u qızıl, 5-i gümüş, 4-ü bürünc əyarlı olub.

Qızıl medallardan 4-ü taekvondoçuların aktivinə yazılıb. Bunlar Patimat Abakarova (49 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) olub.

Digər qızıl medalları para-atletikanın lövhə atma növündə Samir Nəbiyev, 100 metr məsafəyə qaçışda Elmir Cəbrayılov, atletikanın 3 təkanla uzununa tullanma növündə Nazim Babayev, atıcılığın qarışıq komanda halında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açma növündə Nigar Rəsulova - Ruslan Lunyov dueti və yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) əldə edib.

Gümüş medallara atletikanın 3 təkanla tullanma növündə Aleksis Kopello, 110 metr məsafəyə sədlərlə qaçışda Rahib Məmmədov, taekvondoçu Fəridə Əzizova (67 kq), yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) və qarışıq komanda halında dairəvi stend atıcılarından ibarət Emin Cəfərov - Nurlana Cəfərova dueti yiyələnib.

Nəhayət, bürünc medallara yunan-Roma güləşçiləri Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq), 4x100 m məsafəyə kompleks üsulu ilə üzmədə Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rəciyeva və Alsu Bayramovadan ibarət Azərbaycan komandası, para-atletikanın lövhə atma növündə Oloxan Musayev sahib çıxıb.

Beləliklə, bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 99-a yüksəlib. Medallardan 50-si qızıl, 29-u gümüş, 20-si bürüncdür.

Medal sıralaması:

1Türkiyə544538137
2Azərbaycan50292099
3İran14172354
4Özbəkistan8122343
5İndoneziya6232049
6Əlcəzair6111330
7Misir63615
8Bəhreyn4138
9İordaniya3148
10Səudiyyə Ərəbistanı3069
11Mərakeş2259
12Qırğızıstan2248
13İraq2237
14Türkmənistan1337
15Kamerun1225
16Qətər1146
17Banqladeş1102
18Tunis1089
19Seneqal1012
20Qambiya1001
21Oman0235
21Pakistan0235
23Suriya Ərəb Respublikası0145
24Qazaxıstan0123
24Birləşmiş Ərəb Əmirliyi0123
26Qayana0101
26Nigeriya0101
26Uqanda0101
29Fil Dişi Sahili0022
30Benin0011
30Cibuti0011
30Livan0011
30Surinam0011
34Əfqanıstan0000
34Albaniya0000
34Bruney Darüssəlam0000
34Burkina-Faso0000
34Çad0000
34Qəmər adaları0000
34Qabon0000
34Qvineya-Bisau0000
34Qvineya0000
34Malayziya0000
34Maldiv adaları0000
34Mali0000
34Mozambik0000
34Mavritaniya0000
34Niger0000
34Fələstin0000
34Syerra-Leone0000
34Somali0000
34Tacikistan0000
34Toqo0000
34Yəmən0000

Qeyd edək ki, siyahıda boksçu Tayfur Əliyevin 56 kq çəki dərəcəsində rəsmiləşdirdiyi bürünc medal nəzərə alınmayıb. Onun və finala yüksələn daha 6 boksçu ilə yanaşı, qadınlardan ibarət Azərbaycan yığmasının qazanacağı medal siyahıya sabah əlavə olunacaq. Ona görə də hazırda aktivdə 107 medalın olduğunu demək mümkündür.  

Digər xəbərlər