Leonardu Jardim yenidən "Monako" klubunun baş məşqçisi vəzifəsinə qayıdıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Leonardu Jardim yenidən "Monako" futbol komandasının baş məşqçi vəzifəsinə qayıdıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 44 yaşlı mütəxəssis Tyerri Anrini əvəzləyib.

O, daha əvvəl 2014-cü ildən tutduğu vəzifəni 2018-ci il oktyabrın 11-də tərk edib. Həm Jardim, həm də Anri uğursuz nəticələrlə əlaqədar kənarlaşdırılıblar.

Qeyd edək ki, 21 turdan sonra 15 xal yığan "Monako" Fransa çempionatında 19-cu pillədə qərarlaşıb. "Knyazlıq klubu" bu gün "Dijon"un qonağı olacaq.

Daha əvvəl bildirilirdi ki, "Monako" klubu komandanın əvvəlki baş məşqçisi Leonardu Jardim ilə danışıqlara başlayıb.

Digər xəbərlər