Bu ilin yanvar ayı ərzində Azərbaycanda 4 milyard 225,7 milyon kubmetr təbii qaz hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 3 milyard 137,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4 % artıb, əmtəəlik qaz hasilatı isə 1,3 % azalıb.
Bu ilin yanvar ayı ərzində Azərbaycanda 2 milyon 692 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 2 milyon 685,9 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı 2022-ci ilin yanvar ayı ilə müqayisədə 7,2 % (əmtəəlik neftin həcmi isə 6,9 %) azalıb.