Yanvarda Azərbaycan əmtəəlik qaz hasilatını 4 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycanda 4 milyard 252,9 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 3 milyard 269,1 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,6 %, əmtəəlik qaz hasilatı isə 4,2 % artıb.

Ötən ay Azərbaycanda 2 milyon 467,9 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 2 milyon 462,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2023-cü ilin yanvar ayı ilə müqayisədə 8,3 % (əmtəəlik neftin həcmləri isə 8,3 %) azdır.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17