​Yanvarda 52 çoxmərtəbəli binaya qaz verilib

Bakı. 6 fevral.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi 2015-ci ilin yanvar ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 52 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. 

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, həmin binalarda ümumilikdə 943 ailə yaşayır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 28 fevral, 2026 / 10:36
Azərbaycan nefti ucuzlaşıb 26 fevral, 2026 / 09:40