Xorvatiya rəsmisi: “SOCAR-la əməkdaşlığımız SGC və İAP kimi layihələri dəstəkləyir”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qaz təchizatı sayəsində 2024-cü ildən Azərbaycanla daha da möhkəmlənən tərəfdaşlığımız, Cənub Qaz Dəhlizi və İon-Adriatik (İAP) boru kəməri kimi əsas layihələri dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Xorvatiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Vedran Şpehar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xorvatiya 2050-ci ilə qədər Avropanın iqlim siyasətinə uyğun olaraq təmiz və əlverişli enerji və “yaşıl” iqtisadiyyata keçid hədəfinə sadiqdir.

O bildirib ki, REPowerEU proqramı sayəsində ölkə regional enerji mərkəzinə çevrilir, mayeləşdirilmiş təbii qaz (LNG) terminalımızı 2026-cı ilə qədər 559 milyon avro investisiya ilə 6,1 milyard kubmetrə qədər genişləndirir, eləcə də Sloveniya və Macarıstanda yeni boru kəmərlərinin inşasına sərmayə qoyur.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 noyabr, 2026 / 10:18