Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, şəhərin Qurd dərəsi adlanan ərazisinin bir hissəsində ŞQTM-in dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.

Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 avqust, 2026 / 13:34
Sabah Astarada qaz olmayacaq 10 avqust, 2026 / 12:12