Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Report"un yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.

Qeyd olunub ki, mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar oktyabrın 22-də saat 12:00-dan etibarən, Corat qəsəbəsində (məktəbin yanı-dörd yol adlanan ərazi) 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17