Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə "Report"un yerli bürosuna "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar oktyabrın 13-də, saat 14:00-dən etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 15 yanvar, 2026 / 09:45