Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən "Report"un yerli bürosuna verilən məlumata görə, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində ŞQTM-nin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Digər xəbərlər

Qala qəsəbəsində qaz olmayacaq 28 yanvar, 2026 / 09:20