Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Sumqayıt şəhərinin Ceyranbatan asfalt zavodu ərazisində yeraltı qaz xətlərində sızma aşkarlanıb.

"Azəriqaz"dan "Report"un yerli bürosuna bildirilib ki, problemin aradan qaldırılması məqsədilə noyabrın 14-ü saat 11:00-dan etibarən 1 000 abonentin qaz təchizatı dayandırılacaq.

Məlumata görə, qaz verilişi təmir-bərpa işləri başa çatdıqdan sonra yenidən bərpa olunacaq.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20