Bu ilin 3-cü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ixrac edilən neftin həcmi 4,8 milyon ton təşkil edib.
“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.
Bildirilir ki, bu, 2021-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə 7,4 % çoxdur.
Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.