SOCAR-ın vitse-prezidentinin müavini Rumıniyaya səfər edəcək

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavinin Vitali Bəylərbəyov Rumıniyaya səfər edəcək.

Rumıniya səfirliyindən "Report"a verilən məlumata görə, o, iyunun 14-16-da Konstantsa şəhərində keçiriləcək Qara dəniz və Balkan yarımadası regionunda təhlükəsizlik forumunda iştirak edəcək.

Qeyd edək ki, NATO-nun dəstəklədiyi foruma müxtəlif ölkələrin rəsmiləri, ekspertlər, analitiklər qatılacaqlar. 

Digər xəbərlər