Bakı. 4 yanvar. REPORT.AZ/ Yanvarın 11-də Fransa Respublikasının paytaxtı Parisdə “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” mövzusunda tədbir keçiriləcək.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir BP, "Eni", "Equinor", "ExxonMobil", Shell, "Total" və "Wintershall" şirkətlərinin təşəbbüsü ilə təşkil olunur.
Tədbirdə SOCAR-ı şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə təmsil edəcək.
Qeyd edək ki, qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.