SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüş keçirib.

"Report" xəbər verir ki, bu barədə məlumat İndoneziyanın Azərbaycandakı səfirliyinin "Instagram" hesabında yayılıb.

Görüş zamanı iki ölkə arasında neft-qaz və gübrə sahələrində əməkdaşlıq gündəliyində duran məsələlər, həmçinin "Pertamina" (İndoneziyanın dövlət neft şirkəti) ilə SOCAR arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 22 oktyabr, 2026 / 09:59