Şimal-Qərb bölgəsinin elektrik təchizatında yaranmış problem aradan qaldırılıb

Bu gün axşam saatlarında Şimal-Qərb bölgəsinin elektrik təchizatında problem yaranıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, problem artıq aradan qaldırılıb, rayonlara elektrik enerjisinin verilişi bərpa edilib.

Belə ki, saat 18:00 radələrindən 110 kilovoltluq xəttə baş verən qəza 20:20 radələrində aradan qaldırılıb.

Nəticədə Qax, Zaqatala və Balakən rayonlarının elektrik enerjisi bərpa edilib.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31