Sabah Yeni Saray qəsəbəsinə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bakı. 20 noyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 14:30-a qədər Abşeron rayonunun Yeni Saray qəsəbəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Bu barədə “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Məlumata görə, fasilə Şimal RETSİ-nin xidməti ərazisinə daxil olan Yeni Saray qəsəbəsində yenidənqurma və elektrik enerjisinin dayanıqlığı məqsədilə aparılan təmir işləri ilə əlaqədardır.

"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir", - deyə o qeyd edib. 

Digər xəbərlər