Bakı. 5 noyabr. REPORT.AZ/ Noyabrın 6-sı saat 10:30-dan 14:00-a qədər Xırdalan şəhəri, Nizami küçəsində, Quşçuluq massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Məlumata görə, fasilə Abşeron rayonu, Masazır qəsəbəsi 110/10 kV-luq Ə.Vahid yarımstansiyasından qidalanan TM-54 hava elektrik verilişi xəttinin cari təmir işləri ilə əlaqədardır.
"Yaranmış narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir", - deyə məlumatda vurğulanıb.