Saatlıda 1 200 abunəçinin qaz təchizatı yaxşılaşdırılır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Saatlı şəhəri, Mirzə Fətəli Axundov küçəsi istiqamətində torpaqla təmasda olan daşıyıcı orta təzyiqli mövcud qaz xəttinin 4 min metrlik hissəsini yenidən qurur.

Bu barədə “Report”a qurumdan bildirilib.

Məlumata görə, yeni xətt hazır olduqdan sonra 1 200 abunəçi rahatlıqla təbii qazdan istifadə edə biləcək.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40