Rusiyadan Gürcüstana təbii qaz tədarükü tarixi rekorda çatıb

Gürcüstan Rusiyadan təbii qaz tədarükünü artırıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Statistika xidməti məlumat yayıb.

Belə ki, Gürcüstan 2024-cü ilin ilk üç rübündə Rusiya qazının alışını artıraraq bu dövr üçün rekord məbləğə - 90,1 milyon dollara yüksəldib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,5% artım deməkdir.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17