Rumıniyanın energetika naziri Azərbaycana gəlir

Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Azərbaycana səfər edəcək.

"Report"un əldə etdiyi məlumata görə, səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclasında iştirak etməkdir.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

Nazirlərin birgə mətbuat konfransı da nəzərdə tutulur.

Digər xəbərlər

Qala qəsəbəsində qaz olmayacaq 28 yanvar, 2026 / 09:20