Ötən il “Azərenerji” ASC 401,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Bu, 2022-ci illə müqayisədə 336,5 milyon ABŞ dolları və yaxud 6,2 dəfə çoxdur.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın ümumi ixracı 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə əvvəlki illə müqayisədə 9,8 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib