Ötən il Azərbaycanda əmtəəlik qaz hasilatı 7 %-dən çox artıb

2022-ci il ərzində 46 milyard 743,3 milyon kubmetr təbii qaz da hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 34 milyard 958,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 6,6 %, əmtəəlik qaz hasilatı isə 7,3 % artıb.

2022-ci il ərzində Azərbaycanda 32 milyon 667,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 32 milyon 575,1 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2021-ci illə müqayisədə 5,5 % (əmtəəlik neftin həcmləri isə 5,6 %) azalıb.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 05 dekabr, 2025 / 09:45
Azərbaycan nefti bahalaşıb 04 dekabr, 2025 / 09:34