Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 484 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, yanvarda Azərbaycanda gündəlik neft hasilatı dekabr ayı ilə müqayisədə eyni qalıb.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, yanvarda faktiki hasilat 67 min barel geriləyib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.