İyulda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 485 min barel təşkil edib.
"Report" bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, iyulda Azərbaycanda gündəlik neft hasilatı iyun ayı ilə müqayisədə 4 min barel və ya 0,8 % artıb.
Hesabata əsasən, OPEC+ razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, iyul ayında faktiki hasilat 66 min barel geriləyib.
OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 474 min barel neft hasil edilib.
2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.