İlham Mirzəliyev Samuxda vətəndaşları qəbul edəcək

Oktyabrın 10-u saat 10:00-da "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Samux rayonunda Samux, Gəncə və Kəlbəcər sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

"Report" səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul Samux rayonunda Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 31 dekabr, 2025 / 09:17