İlham Mirzəliyev Şamaxıda vətəndaşları qəbul edəcək

"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Şamaxı rayonunda vətəndaşları qəbul edəcək.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul Iyunun 25-i saat 10:00-da Şamaxı rayonu, Şəhriyar küçəsi 18 A ünvanında keçiriləcək.

İ. Mirzəliyev Şamaxı və Qobustan sakinlərini qəbul edəcək.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Digər xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb 10 avqust, 2026 / 13:34
Sabah Astarada qaz olmayacaq 10 avqust, 2026 / 12:12