İlham Mirzəliyev Oğuzda vətəndaşları qəbul edəcək

“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Oğuz rayonunda Oğuz və Qəbələ sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

“Report” quruma istinadən xəbər verir ki, qəbul aprelin 11-də saat 10:00-da Oğuz rayonu, Heydər Əliyev küçəsi 1 ünvanında baş tutacaq.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20