"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı sakinlərini qəbul edib.
"Report" səhmdar cəmiyyətə istinadən xəbər verir ki, rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib.
Həmçinin, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.