"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Bərdə rayonunda Bərdə və Tərtər sakinlərini qəbul edib.
"Report" səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra İlham Mirzəliyev məcburi köçkün şəhərciyində sakinlərlə görüşərək onların suallarını cavablandırıb.