İlham Mirzəliyev Bərdədə vətəndaşları qəbul edəcək

"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev Bərdədə vətəndaş qəbulu keçirəcək.

"Report" səhmdar cəmiyyətə istinadən xəbər verir ki, qəbul noyabrın 28-i saat 10:00-da Bərdə və Tərtər sakinləri üçün baş tutacaq.

Qəbul Bərdə rayonunda yerləşən YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 102) keçiriləcək.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Digər xəbərlər

Azərbaycan nefti cüzi ucuzlaşıb 15 yanvar, 2026 / 09:45