Gürcüstan bu il Azərbaycandan aldığı neft və neft yağlarının həcmini açıqlayıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 1,74 milyon ABŞ dolları dəyərində 2,38 min ton neft və neft yağları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 88 %, kəmiyyət olaraq 86 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 202 milyon ABŞ dolları dəyərində 268,4 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 8 % və 19 % çoxdur.

Bu ilin 2 ayında Gürcüstana Rusiyadan 113 milyon ABŞ dolları dəyərində 157 min ton, Bolqarıstandan 33 milyon ABŞ dolları dəyərində 43 min ton, Rumıniyadan 31 milyon ABŞ dolları dəyərində 40,4 min ton, Yunanıstandan 5 milyon ABŞ dolları dəyərində 6,7 min ton, Türkiyədən 3,5 milyon ABŞ dolları dəyərində 2,54 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,19 milyard ABŞ dolları dəyərində 1,436 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.

Digər xəbərlər