Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 127,35 milyon ABŞ dolları dəyərində 118 min 893 ton neft və neft yağları idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 92 %, kəmiyyət olaraq 25 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.
2026-cı ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 407 milyon ABŞ dolları dəyərində 1 milyon 391 min 699 ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 45 % və 7,8 % çoxdur.
Hesabat dövründə Gürcüstana Rusiyadan 307,86 milyon ABŞ dolları dəyərində 412,65 min ton, Türkiyədən 210,58 milyon ABŞ dolları dəyərində 163,3 min ton, Bolqarıstandan 171 milyon ABŞ dolları dəyərində 150,6 min ton, Rumıniyadan 169,4 milyon ABŞ dolları dəyərində 172 min ton neft yağları gətirilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.