Göyçay Kiçik Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu ilin oktyabrın 1-dək 65,4 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 10 il əvvəl - 2015-ci il oktyabrın 6-da Göyçay Kiçik Su Elektrik Stansiyasının açılışı olub. Stansiyanın ümumi gücü 3,1 MVt təşkil edir.