Goranboyun bəzi kəndlərində hava şəraiti səbəbindən elektrik enerjisi dayandırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, küləklə müşahidə olunan yağıntılı hava şəraiti səbəbindən rayonun Boluslu, Məşədiqaralar, Eyvazlılar və Goran qəsəbəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.