Energetika naziri Şirvanda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov aprelin 26-da Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialının inzibati binasında (Ünvan: Şirvan şəhəri, Maarif Aydınov küçəsi 1/1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, əlaqə telefonları: (021) 215-39-99, (050) 225-34-86, elektron poçt ünvanı office.shirvan@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31