Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məqsədi şirkəti əlverişli, təhlükəsiz və dayanıqlı enerji təchizatçısı olan milli enerji şirkətinə çevirməkdir.
"Report" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bu gün Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" Forumunda deyib.
O qeyd edib ki, SOCAR bu gün transformasiya prosesinin başlanğıcında olan, neft-qaz dəyər zəncirindəki əməliyyatları ilə fəaliyyət göstərən milli neft şirkətidir:
"Şirkət 2035-ci ilə qədər karbohidrogen və aşağı karbonlu bizneslərin şaxələndirilmiş portfelinə və qlobal enerji liderləri ilə bərabər emissiya profilinə malik aparıcı milli enerji şirkətinə çevriləcəcək. 2050-ci ildə isə SOCAR-ın qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim şəraitinə davamlılığına töhfə verən milli enerji şirkətinə çevrilməsini hədəfləyirik".
Ə.İsayev bildirib ki, SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər "xalis sıfır" emissiya hədəfinə nail olmaqdır:
"Eyni zamanda dekarbonizasiya proqramı emissiya göstəricilərinin tədqiqi, portfelin qiymətləndirilməsi və emissiyaların azaldılması ilə bağlı real hədəflərin ətraflı araşdırılmasına əsaslanır. Məqsədlərimizə çatmaq üçün SOCAR öz daxili imkanlarından istifadə edir. Şirkətin fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb. SOCAR bir sıra resurslardan istifadə etməklə əməliyyatların tamamilə dekarbonizasiyasını qarşısına məqsəd qoyub və bu proqrama cari ildə başlanılıb. Dekarbonizasiya səyləri SOCAR-ın bütün seqmentlərini və fəaliyyət göstərdiyi hər coğrafiyada istehsalat aktivlərini əhatə edir".
Əfqan İsayev: "SOCAR əməliyyatların tamamilə dekarbonizasiyasına başlayıb"
Digər xəbərlər
Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb
04 noyabr, 2026 / 21:22
Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq
04 noyabr, 2026 / 19:03
Gələn il AÇG-dən gündəlik 316 min bareldən çox neft hasil ediləcəyi gözlənilir
04 noyabr, 2026 / 18:25
Belqrad və Bakının qaz stansiyasının inşası layihəsi ictimai müzakirəyə çıxarılıb
04 noyabr, 2026 / 17:38
BP AÇG-də 4D seysmik kəşfiyyatının III mərhələsinə başlamağı planlaşdırır
04 noyabr, 2026 / 16:53
BP AÇG-nin dərində yerləşən laylarından neft hasilatı üçün quyu istismara verib
04 noyabr, 2026 / 15:45
Səngəçal terminalı ilə neft və kondensat ixracı 138 milyon barel təşkil edib
04 noyabr, 2026 / 15:42
Cəlilabadda 6 kəndin işığı kəsilib
04 noyabr, 2026 / 14:21
Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr sənədli filminin premyerası olub
04 noyabr, 2026 / 13:10
Qazaxıstan Drujba ilə neft ixracının bərpası üçün Rusiyadan cavab gözləyir
04 noyabr, 2026 / 13:06
Şahdəniz yatağından 9 ayda 20 milyard kubmetr qaz hasil edilib
04 noyabr, 2026 / 12:00
BP AÇG-dən hasilatın həcmini açıqlayıb
04 noyabr, 2026 / 11:54
Azər Əmiraslanov: Neftin yüksək qiyməti əsassız xərcləmə gözləntiləri yaratmamalıdır
04 noyabr, 2026 / 11:26
Azərbaycan neftinin qiyməti 113 dollara düşüb
04 noyabr, 2026 / 09:01
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
04 noyabr, 2026 / 04:47
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
04 noyabr, 2026 / 02:44
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
03 noyabr, 2026 / 21:01
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
03 noyabr, 2026 / 20:43
Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub
03 noyabr, 2026 / 16:29