Corat qəsəbəsində 700 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin Corat qəsəbəsində mövcud qaz sayğaclarının yeni xəttin üzərinə köçürülməsi ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.

"Report"un yerli bürosuna "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşana qədər Corat qəsəbəsində "Dörd yol" və ətraf ərazilərdə 700 abonentin qaz təchizatı dayandırılacaq.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20