Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyədə 5,2 mlrd kubmetr qaz ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.
Bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 24,5% çoxdur.
TANAP ilə Türkiyəyə bu müddətdə 1,9 mlrd kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin iyul ayının 1-dək TANAP-la Türkiyəyə 5,8 mlrd kubmetr qaz nəql edilib.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.