Bu ilin mart ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri ilə gündəlik neft ixracının həcmi orta hesabla 582 min barel təşkil edib.
“Report” xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilib.
“Fevral ayı ilə müqayisədə BTC ilə ixrac sutkada 6 min barel və yaxud 1 % azalıb", - məlumatda qeyd edilib.
Ötən ilin mart ayına nisbətən isə BTC ilə nəqlin gündəlik həcmi 1 % və yaxud 5 min barel azalıb.
Xatırladaq ki, BTC 2006-cı il iyulun 13-də istismar verilib. Onun uzunluğu 1768 km-dir: 443 km Azərbaycan ərazisindən, 249 km Gürcüstan ərazisindən və 1076 km Türkiyə ərazisindən keçir.