Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti yeni ticarət həftəsinin əvvəlində 1,32 % düşərək, ABŞ-nin Venesuelaya hərbi hücumu fonunda - 19 dekabr 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 60 dollar olub.
"Report"un məlumatına görə, bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, "Brent" markalı neftin qiyməti 1,32 % azalaraq, bir barel üçün 60 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 03:05-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti enişi yavaşlayıb və bir barel üçün 60,54 dollara (-0,35 %) satılıb, WTI markalı neftin 2026-cı ilin fevral ayı üçün fyuçersləri isə 0,45 % azalaraq bir barel üçün 57,06 dollara çatıb.