Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 809 milyon 643,86 min ABŞ dolları dəyərində 1 milyon 443 min 746,52 ton neft idxal edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə neft idxalı kəmiyyət ifadəsində 3,8 %, dəyər ifadəsində 1,5 % azalıb.
İdxalın strukturunda tədarükün böyük hissəsi Rusiyanın payına düşüb. Hesabat dövründə bu ölkədən 711 milyon 056,95 min ABŞ dolları (49,9 % çox) dəyərində 1 milyon 277 min 420,57 ton neft (43,9 % çox) idxal edilib.
Yanvar-sentyabr aylarında Azərbaycan Qazaxıstandan 22 milyon 828,7 min ABŞ dolları dəyərində 34 min 593,12 ton, Türkmənistandan isə 75 milyon 758,21 min ABŞ dolları dəyərində 131 min 732,83 ton neft idxal edib.
Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları məbləğində (2022-ci illə müqayisədə 2,4 dəfə çox) 1 milyon 917 min 793,68 ton (2022-ci illə müqayisədə 2,9 dəfə çox) neft idxal edib.
2023-cü ildə Rusiyadan neft idxalı 729 milyon 263,74 min ABŞ dolları məbləğində (5,5 dəfə çox) 1 milyon 303 min 999,1 ton (6,6 dəfə çox) təşkil edib.