Bu ilin üçüncü rübü ərzində ölkə daxilində 2,5 milyard kubmetr qaz istehlak olunub.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.
Bilirilir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 % çoxdur.
Qeyd edək ki, ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.