2022-ci ildə Azərbaycan Türkiyədən 208,464 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.
Məlumata görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 21,7 % çoxdur.
Təkcə ötən ilin dekabr ayında Türkiyə Azərbaycana 20 milyon ABŞ dollarlıq elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 13,9 % çoxdur.
Ötən il Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 7,3 % artaraq 15,193 milyard ABŞ dollarına, dekabr ayında isə 13,6 % artaraq 1,492 milyard ABŞ dollarına çatıb.